Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116847
az

Üç rayonda ev yandı

16:1327 Avqust, 2024
102
  • A

Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Oxu24.com FHN-nin saytına istinadən xəbər verir ki, ətraf ərazilər yanğından mühafizə olunub.

Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 110 m² (hər mərtəbəsi 55 m²) olan ikimərtəbəli 2 otaqlı evin dam örtüyünün taxta atmaları 35 m² sahədə yanıb. Yüksək temperaturdan 2-ci mərtəbədə yerləşən hamam otağının lambirdən ibarət tavanı 10 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Neftçala rayonunun Kürkənd kəndində ümumi sahəsi 144 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 111 m² sahədə, bitişik sahəsi 408 m² olan talvarın taxta atmaları 110 m² sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
Şok iddia: ABŞ indi ona terrorçu kimi baxır
Dilqəm Məhərrəmovla xanımı da lisenziyasız qaldı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto