Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116841
az

Qusarçay üzərindəki uçan körpünün SON VƏZİYYƏTİ

14:4427 Avqust, 2024
106
CƏMİYYƏT
  • A

Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusarçay üzərində yerləşən avtomobil körpüsünün bərpası işləri yekunlaşıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, aparılan işlər çərçivəsində M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımının aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib.

Daha sonra körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işlərinin aparılıb və sonda qurğu yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilib.

Xatırladaq ki, avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınmışdı.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL-ın qəzaya uğrayan təyyarəsində kənar obyektlər aşkarlandı
İki dost ölkə lideri Çinə getdi
Təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub- Faktlar açıqlandı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb