Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116837
az

Paytaxtda əməliyyat keçirilib, üç nəfərdə 24 kiloqram narkotik vasitə aşkarlanıb

12:1927 Avqust, 2024
139
  • A

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin paytaxtda keçirdiyi əməliyyatlarla saxlanılan 3 nəfərdən 24 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İdarənin əməkdaşları paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib. Tədbirlərlə 1988-ci il təvəllüdlü Aqşin Əmirov, 1986-cı il təvəllüdlü Aida Nəbiyeva və 1979-cu il təvəllüdlü Ramil Axundov saxlanılıblar.

Qeyd edilib ki, onlardan ümumilikdə 24 kiloqram, o cümlədən 20 kiloqram psixotrop maddə metamfetamin və 4 kiloqram marixuana aşkarlanıb. A.Əmirov, A.Nəbiyeva və R.Axundov sosial şəbəkələrdə tanıdıqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə narkotikləri əvvəlcədən müəyyənləşdirilən yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

"Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - deyə bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda kameradan su axdı- Video
Bu xəstəxana 20          min        cərimələndi
Bu rayonlarda     qaz     olmayacaq

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto