Telegram messencerinin populyarlığı onun təsisçisi Pavel Durovun Fransada saxlanılmasından sonra artıb.
Oxu24.com xəbər verir ki,TechCrunch yazır ki, bütün dünyada iOS cihazlarında Telegram-ın yüklənməsinin sayı gündə dörd faiz artıb.
Fransada avqustun 26-da Durovun messenceri sosial şəbəkələr kateqoriyasında App Store-da yükləmələr üzrə birinci yeri tutub və proqramların ümumi reytinqində üçüncü olub. Amerikanın “Apple” qadcetləri üçün tətbiqetmələr onlayn mağazasında Telegram avqustun 26-da sosial şəbəkə kateqoriyasında bir dəfə ikinci olub, lakin sonra üçüncü yerə düşüb.
Appfigures analitik xidmətinin məlumatına görə, ən yaxşı App Store proqramlarının (buraya oyunlar daxil deyil) reytinqində messencer ABŞ-da populyarlığına görə 18-ci yerdən səkkizinci yerə yüksəlib.
Telegram-ın təsisçisi avqustun 24-də axşam Parisin Le Burje hava limanına çatan zaman saxlanılıb. İlkin məlumatlara görə, o, qanunsuz əməliyyatların aparılması üçün onlayn platformanın idarə edilməsində şəriklik, yetkinlik yaşına çatmayanlarla pornoqrafik məzmunun saxlanması, narkotik vasitələrin yayılması, hakerlik, dələduzluq və hüquq-mühafizə orqanları ilə məlumat paylaşmaqdan imtina da daxil olmaqla, 12 maddə üzrə cinayətləri törətməkdə şübhəli bilinir. Durovun həbs müddəti çərşənbə gününə qədər uzadılıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR