Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RCBD) rəhbəri general-leytenant İqor Kirillov brifinqdə bildirib ki, Amerika və Moldova şirkətləri ABŞ-ın maraqları naminə Ukraynadan biomateriallar ixrac edirlər.
Oxu24.com xəbər verir ki, hərbçinin sözlərinə görə, Ukraynadan Moldova vasitəsilə yüklərin müşayiətinə ölkə prezidenti Maya Sandu tərəfindən nəzarət edilən “Aerotranscargo” və “Gamma Logistics” logistika müəssisələri, habelə respublikanın tibb müəssisələri və Qərb vasitəçiləri cavabdehdir.
Logistika ilə həmçinin Amerika təşkilatının törəmə şirkəti olan Ukraynanın BioPartners şirkəti və ABŞ Müdafiə Nazirliyinin ən böyük təchizatçılarından birinin törəmə şirkəti olan QA Solutions da iştirak edir.
Bundan əvvəl Kirillov bildirib ki, Ukrayna Silahlı Qüvvələri kimyəvi maddələrdən istifadə etməklə növbəti təxribatlar hazırlaya bilər. O bildirib ki, Ukrayna qoşunlarının gizləndiyi yerlərdən birində istifadəyə hazır toksinlər aşkarlanıb.
Bundan əvvəl Ukraynada “çirkli bomba”nın yaradılması ehtimalı barədə məlumat yayılmışdı.
Miri
Oxu24.com
ŞƏRHLƏR