"Telegram" mesencerinin qurucusu Pavel Durov iyun ayı səfəri zamanı sevgilisi Yuliya Vavilovanı gəzdirmək üçün Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən (FHN) helikopter icarəyə götürüb.
OXU24.COM xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, bu, əvvəllər heç vaxt helikopterdə uçmayan 24 yaşlı Yuliyaya sürpriz olub. Uçuş tamamilə məxfi xarakter daşıyıb və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılıb. Milyarder özünün kimliyini açıqlamamağı xahiş edib.
Pavel Durov Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən helikopteri saatı 3000 dollara icarəyə götürüb. Cütlük üç saat ərzində uçuş edib, nəticədə Durov təxminən bir milyon rubl ödəyib.
Oxu24.com
ŞƏRHLƏR