Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116787
az

Aİ bu həftə Kiyevə hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edəcək

23:3426 Avqust, 2024
96
DÜNYA
  • A

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri avqustun 29-30-da Brüsseldə qeyri-rəsmi görüşdə Kiyevə yeni hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edəcəklər.

 

Oxu24.com   TASS-a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Xosep Borrell deyib.

Diplomat bildirib ki, Rusiya yenidən Ukrayna infrastrukturuna, o cümlədən su elektrik stansiyalarına kütləvi hücumlar həyata keçirib və Ukrayna dərhal hava hücumundan müdafiə sistemləri ilə təmin etməlidir. O, həmçinin Rusiya Federasiyasına qarşı Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin tamamilə ləğv edilməsinə çağırıb.

Borrell qeyd edib ki, cümə axşamı qeyri-rəsmi görüşdə bu məsələni Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Avropa İttifaqının xarici işlər nazirləri ilə müzakirə edəcək.

Bundan əvvəl Ağ Ev ABŞ-ın Ukraynaya yeni silah paketi ötürəcəyini bildirmişdi. Buraya hava hücumundan müdafiə üçün raketlər, dron və tank əleyhinə silahlar, mərmilər daxildir. Həmçinin, ABŞ prezidenti Co Bayden bir daha Ukrayna xalqına sarsılmaz dəstək vəd edib.

Əvvəllər Zelenskinin hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı açıqlamaları “aktyor söhbəti” hesab olunurdu.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask açıq şəkildə Trampın müttəfiqinə qarşı çıxış edib
Girovlar dəyişdirilir
ABŞ Trampa miqrantlarla bağlı verdiyi vədi xatırladıb

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...