Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116780
az

MAQATE rəhbəri bildirib ki, nüvə silahına sahib olmaq yarışı kulminasiya nöqtəsinə çatıb

19:3626 Avqust, 2024
73
  • A

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi hesab edir ki, nüvə silahına sahib olmaq yarışı kulminasiya nöqtəsinə çatıb və bu cür silahların yayılmaması ilə bağlı qlobal razılaşma təhlükə altındadır.

 

Oxu24.com xəbər verir  ki, MAQATE rəhbəri bu barədə Financial Times (FT) qəzetinə müsahibəsində bildirib.

“Məncə, 1990-cı illərdə siz mühüm ölkələrin “Yaxşı, niyə biz də nüvə silahı almırıq?” dediyini eşitməzdiniz? - Qrossi bildirib.

Onun sözlərinə görə, hazırda getdikcə daha çox ölkə öz nüvə silahına sahib olmaq istəyir və nüvə silahının yayılmaması haqqında müqavilənin şərtlərinə yenidən baxmağı açıq şəkildə təklif etməyə başlayır.

Qrossinin sözlərinə görə, vəziyyətə münasibətin dəyişməsinə Yaxın Şərq və Ukraynadakı münaqişələr, eləcə də dövlətlərin müdafiə ittifaqlarının mümkün dağılması ilə bağlı narahatlıqları təsir edib.

Bundan əvvəl ABŞ-ın Rusiya ilə Strateji Silahların Azaldılması Müqaviləsini (START) uzada biləcəyi barədə məlumat yayılmışdı.

Qrossi daha əvvəl bildirib ki, Zaporojya AES-in təhlükəsizlik prinsipləri Kursk AES-ə tətbiq oluna bilər.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Rusiya və Ukrayna ilə əlaqə saxladığını AÇIQLADI
Bu ölkədə kimlər sosial şəbəkələrə girə bilməyəcək?
Təyyarə havaya qalxmadan ALIŞIB YANDI: 109 nəfər... -VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi