Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116778
az

Üzərək İrandan Azərbaycana keçməyə cəhd edən şəxs saxlanıldı -VİDEO

18:2526 Avqust, 2024
34
CƏMİYYƏT
  • A

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən avqust ayının 25-də saat 21:00-da Xəzər dənizinin su səthinin müşahidəsi zamanı bir nəfər şübhəli şəxsin İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozaraq Astara rayonunun sahil xəttinə doğru üzməsi müşahidə olunub.

Bu barədə OXU24.COM-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aşkar olunmuş şəxsin saxlanılması istiqamətində tədbirlər görülərək, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xətti boyu ərazinin qapadılması təmin olunub.

"Sahil Mühafizəsinin bölmələrinin fəaliyyəti nəticəsində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşı 24.04.1998-ci il təvəllüdlü Mahmood Khil Bilal oğlu saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Monqolustana səfər etdi
Məktəb direktoru işçisi tərəfindən bıçaqlandı -FOTO
Tanınmış aktyorun səhhətində ciddi problem yarandı -FOTO

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Maskalı şəxslər 7 marketdən oğurluq etdilər - VİDEO