Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116766
az

“Qarabağ”ın rəqibi zədəli futbolçularını da Bakıya gətirir

15:4926 Avqust, 2024
53
İDMAN
  • A

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Oxu24.com xəbər verir ki, Ağdam təmsilçisi ilə Zaqrebdə keçirilmiş ilk matçda (3:0) əzələsindən zədə alan Stefan Ristovskinin Bakıdakı matçda iştirak etməyəcəyi dəqiqləşib. Xorvatiya çempionatının III turunda "Şibenik"ə qarşı görüşdə sıradan çıxan Ariyan Ademinin isə oynaması sual altındadır.

Buna baxmayaraq, komandanın baş məşqçisi Sergey Yakiroviç klubun aparıcı oyunçularının Bakıya gətirilməsinə qərar verib.

Xorvatiya çempionatının IV turunun “Qoritsa” ilə oyununda başından zərbə alan Sami Mmainin durumu isə qənaətbəxşdir.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” qarşılaşması saat 20:45-də başlayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldonun oğlu PENTA-TRİK ETDİ
"Bizim üçün vacib oyundur" -Qurban Qurbanov
"Xalqımızı sevindirmək niyyətindəyik" -Cəfərquliyev

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı