Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Oxu24.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirlib ki, ötən gün ərzində təyyarə Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
ŞƏRHLƏR