Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116740
az

Bir neçə avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edildi

12:2726 Avqust, 2024
56
CƏMİYYƏT
  • A

Bakı-Oğuz, Bakı-Qəbələ, Bakı-Beyləqan şəhərlərarası avtobus marşrutlarIarı üzrə müsabiqənin qalibləri müəyyən edilib.

Oxu24.com Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, “Bakı-Oğuz-Bakı” marşrutu üzrə hüquqi şəxs “Rüfət” MMC, “Bakı-Qəbələ-Bakı” marşrutu üzrə fiziki şəxs Qəribov Rövşən Hümbət oğlu,“Bakı-Beyləqan-Bakı” marşrutu üzrə fiziki şəxs Talıbov Mahir Tahir oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

 
Oxu24.com

ŞƏRHLƏR

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO