Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib

Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib

Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib

Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

XƏBƏR LENTİ

04 Sentyabr 2024
Mədəaltı vəzi xərçəngi ilə mübarizənin yeni üsulu tapıldı
Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq
Laçında avtomobil aşdı, qadının beli sındı
Təzə və xırtıldayan xiyarı belə saxlayın - Az adam bilir
Məxfi Xidmətdən Baydenlə bağlı ŞOK QADAĞA
Kuleba da YOLA SALINIR -Yerinə o gətirilir
Dünyamızın YENİ BÖYÜK PROBLEMİ: hər dörd nəfərdən biri UNO-ları görüb
ABŞ Ukraynaya yeni hərbi yardım göndərəcək
03 Sentyabr 2024
Ekspert Taşuyevin Axmatdakı perspektivlərini qiymətləndirdi
Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı

Ukraynada NƏ BAŞ VERİR? -Baş nazirin müavini də postunu TƏRK ETDİ / FOTO
Romada leysan yağış və fırtına fəsadlar törətdi
Almaniya ölkənin avtomobil sənayesində rəqabət qabiliyyətinin olmadığını etiraf edir
BÜTÜN XƏBƏRLƏR
116729
az

Klassik avtomobillərin yürüşü və sərgisi keçirildi -FOTO

09:5226 Avqust, 2024
64
CƏMİYYƏT
  • A

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı, “Nazar Holding”in baş sponsorluğu ilə paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

OXU24.COM  xəbər verir ki, artıq ənənə halını alan yürüş qeydiyyatdan keçən klassik avtomobillərin, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinin Dənizkənarı Milli Parkda nümayişi ilə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər, səhər sakinləri iştirak edib.

Yürüşə 1984-cü ilədək istehsal olunan avtomobillər qatılıb. Onların arasındakı ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes Benz Gazelle” da olub. Bununla yanaşı, yürüşdə müxtəlif illərin bir-birindən unikal retro maşınları tamaşaçılarda nostalji hisslər yaradıb.

Dənizkənarı Milli Parkdan start götürən klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüş ediblər.

Paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyib. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən və nostalji hisslər yaradan görünüşü, həm də maraqlı tarixi ilə diqqəti cəlb edib. Bakının küçələrini bəzəyən retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobil həvəskarlarının adətən köhnə kinolentlərdə gördüyü kadrları real həyatda canlandırıb.

Klassik nəqliyyat vasitələri Dənizkənarı Bulvar - Neftçilər Prospekti -Ağ Şəhər-Heydər Əliyev Mərkəzi - Heydər Əliyev Prospekti - Hava limanı yolu- Zığ şossesindən keçməklə “Dreamland Golf Club”da finiş nöqtəsinə çatıblar.

Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçirilib. Hər kəs həmin avtomobillərin qarşısında gözəl foto çəkdirib, retro nəqliyyat vasitələrinin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanıb.

“Ən qədim avtomobil”, “Ən unikal avtomobil” və “Ən rəngarəng geyim” nominasiyalarında qaliblər seçilərək mükafatlandırılıb. Nominasiyalarla yanaşı qonaqlara tanınmış ifaçıların iştirakı ilə konsert və əyləncə proqramı da təqdim edilib.

Konsertdə sevilən müğənnilər Aisel, Dilarə Kazımova, Xəyyam Nisanov, Elnur və Nigar, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə, Zamiq Hüseynov çıxış ediblər. Ölkəmizdə avtomobil həvəskarlarının marağına səbəb olan, o cümlədən avtomobil idmanı sahəsinin inkişafına yönələn müxtəlif tədbirlər keçirilir. Bu istiqamətdə Azərbaycan Avtomobil Federasiyasının fəaliyyəti xüsusi qeyd edilə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəaltı vəzi xərçəngi ilə mübarizənin yeni üsulu tapıldı
Laçında avtomobil aşdı, qadının beli sındı
ABŞ Ukraynaya yeni hərbi yardım göndərəcək

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürən 25 nəfər saxlanıldı