Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11672
az

Qobu sakini qayınanasının evində özünü yandırdı - Xanımı da dərman içdi

15:2005 Aprel, 2019
575
KRİMİNAL
  • A
 
39 yaşlı Qobu sakini Məmmədov Musa Tofiq oğlu özünü yandırıb.

Bu barədə Oxu24.com-a Abşeron rayon Prokurorluğundan məlumat daxil olub.

İnsident səhər saatlarında baş verib. M.Məmmədov qayınanasının evində intihar edib.

Yaxınları vaxtında M.Məmmədova yardım edə bilməyiblər. İlkin məlumata görə, kişinin bədəninin 70 faizi yanıb.

İlkin araşdırma nəticəsində M.Məmmədovun spirtli içki alüdəçisi olduğu ortaya çıxıb.

Bu səbəbdən ər-arvad arasında tez-tez münaqişə düşüb. Baş verən hadisədən sonra həyat yoldaşı da çoxlu həb udaraq özünü öldürməyə çalışıb. O, vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi