Rusiya Ukraynanın Xarkov şəhərini ələ keçirmək istəyirdi, növbəti addım Sumı şəhəri olmalı idi, Ukrayna prezidenti Vladimir Zelenski hindistanlı jurnalistlərə müsahibəsində deyib.
Oxu24.com xəbər verir ki, Kursk əməliyyatı ilə bağlı danışan Zelenski Ukraynanın Rusiya ərazisini işğal etmədiyini vurğulayıb: “Rusiya Federasiyası bizim ərazimizi 10 il əvvəl işğal edib...”
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya Xarkov vilayətinə işğal hazırlayıb və 1,5 milyonluq Xarkov şəhərini tutmaq istəyib: “Və bu gün orada düz 1,5 milyon insan yaşayır. Çünki Rusiya bu əraziyə soxulmuş, Xarkov vilayətinin kiçik şəhər və kəndlərindəki dağılmış evlərdən insanlar Xarkova köçmüşdülər. İndi 1,5 milyon var. Rusiya bu şəhəri işğal etmək istəyir”.
Ukrayna prezidenti qeyd edib ki, Rusiya əməliyyatının bu hissəsi dayandırılıb: “Biz onlar üçün bu hücum əməliyyatının qarşısını aldıq. Və onların növbəti addımı oldu və onlar artıq hər şeyi hazırlamışdılar - dövlətimizin şimalında. Sadəcə Sumi şəhəri tərəfdən, Kursk bölgəsindən. Fərq ondadır ki, biz bunu qabaqcadan etdik ki, şəhərimizi ələ keçirməsinlər”.
“...Onlar bizim enerji sektorumuzu vurduqdan sonra biz də onları, hərbi hava limanlarını vurduq. Biz onların hava hücumundan müdafiəsinin harada olduğunu və harada olmadığını bilirik. Hər şey yoxlanılıb. Bildiyiniz kimi, Putinin daçalarının ətrafında hava hücumundan müdafiə sistemi var, Moskva ətrafında hava hücumundan müdafiə sistemi var, Sankt-Peterburqda hava hücumundan müdafiə sistemi var. Adi qəsəbələrdə, şəhərlərdə, Kursk vilayətində və sairdə hava hücumundan müdafiə sistemi, bizim sürətlə daxil olduğumuz yerdə heç nə yoxdur”, - Zelenski bildirib.
Miri
Oxu24.com
ŞƏRHLƏR