“İsgəndər-M” operativ-taktiki raket sisteminin baş konstruktoru Oleq Mamalıqa 91 yaşında vəfat edib.
Oxu24.com xəbər verir ki, bu barədə “Yüksək Dəqiqlik Kompleksləri” holdinqi avqustun 25-də günortadan sonra teleqram kanalında məlumat yayıb.
Mamalıqa 4 aprel 1933-cü ildə anadan olub, Leninqrad Hərbi Mexanika İnstitutunu bitirib. O, hazırda Yüksək Dəqiqlik Kompleksləri holdinqinin bir hissəsi olan Kolomnadakı Xüsusi Dizayn Bürosunda işləyib. Silah və hərbi texnikanın, o cümlədən ilk sovet tank əleyhinə raket komplekslərinin (“Şmel” və “Malyutka”), taktiki (“Toçka”) və operativ-taktiki raket sistemlərinin (“Oka”, “Oka-U”) hazırlanmasında iştirak etmişdir.
“İsgəndər-M” operativ-taktiki raket sistemi 500 kilometrə qədər məsafədəki hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR