Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116708
az

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

17:5425 Avqust, 2024
91
QARABAĞ
  • A

Avqustun 26-da Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyinin təşkilatçılığı və "Bakı Abadlıq Xidməti" MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü növbəti dəfə təntənə ilə qeyd olunacaq.

OXU24.COM xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Ötən il olduğu kimi, Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümünə də geniş bayram proqramı tərtib edilib. Üstəlik, budəfəki Laçın Şəhəri Günü Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərqərar edilməsindən sonra, 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş antiterror əməliyyatının nəticəsi olaraq Qarabağda bayrağımızın dalğalandığı bir vaxtda daha böyük anlamla qeyd ediləcək.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün - 26 avqust - Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı