Pavel Durovdan fərqli olaraq, "Meta" korporasiyasının təsisçisi Mark Zukerberqin həbs olunmaq təhlükəsi yoxdur.
OXU24.COM xəbər verir ki, bu barədə amerikalı milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask bildirib.
O, bunu Zukerberqin Durovdan fərqli olaraq, söz azadlığını məhdudlaşdırması və hökumətlərə istifadəçilərin məlumatlarına məxfi giriş imkanı yaratması ilə əsaslandırıb.
Maskın fikrincə, bütün bu məqamlara görə Zukerberqin Durovun taleyini yaşaması ehtimalı yoxdur.
Oxu24.com
ŞƏRHLƏR