İsrailin baş naziri Netanyahu bu səhər Livana qarşı həyata keçirdikləri hücumlara işarə edərək, "Kim bizə zərər verərsə, biz də ona zərər verərik", deyə bildirib.
Oxu24.com xəbər verir ki, Təl-Əvivdə keçirilən Təhlükəsizlik Kabinetinin iclasında Netanyahu bu səhər İsrailin Livanda Hizbullaha qarşı həyata keçirdiyi “önləyici hücum”la bağlı qiymətləndirmələr edib.
Hizbullahın İsrailə qarşı hücum hazırladığını təsbit etdiklərini iddia edən Netanyahu, İsrail ordusuna “təhlükəni” aradan qaldırmağı tapşırdıqlarını bildirib.
Netanyahu bildirib ki, İsrail ordusu hücumda Hizbullaha məxsus "minlərlə raketi" məhv edib.
İsrailliləri ordunun verdiyi təlimatlara əməl etməyə çağıran Netanyahu, Hizbullaha qarşı hücumlarla bağlı açıqlama verib: "Kim bizə zərər verərsə, biz də ona zərər verərik".
Hizbullah iyulun 30-da Livanda yüksək rütbəli komandiri Fuad Şükürün öldürülməsinə cavab olaraq cavab hücumuna keçdiyini açıqlayıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR