Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116686
az

İlon Mask Fransada həbs edilən Pavel Durovun azadlığa buraxılmasına çağırıb

10:3025 Avqust, 2024
99
DÜNYA
  • A

Amerikalı sahibkar İlon Mask Fransa hakimiyyətini Telegram messencerinin qurucusu Pavel Durovu azad etməyə çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə milyarderin X platformasındakı (keçmiş Twitter) hesabında məlumat paylaşılıb.

"#FreePavel" iş adamı yazıb.

 

Avqustun 24-də hüquq-mühafizə orqanlarının əməkdaşları Durovu Fransanın Le Burje hava limanında saxlayıblar. Telegram-ın təsisçisi yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə 22:00) şəxsi təyyarədən çıxarkən nəzarətə götürülüb.

LCI telekanalının məlumatına görə, daha sonra sahibkar həbs edilib. Jurnalistlər onun Fransaya Azərbaycandan gəldiyini də əlavə ediblər.

Fransa hakimiyyətinin Durova qarşı əsas şikayəti Telegram-da mesajların şifrələnməsidir. Bunun fonunda iş adamı terror, fırıldaqçılıq, çirkli pulların yuyulması və qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsində ittiham oluna bilər. Onun günahı sübuta yetirilərsə, messencerin təsisçisini 20 ilə qədər həbs gözləyir.

Baş verənləri şərh edən Rusiya Federasiyası Xarici İşlər Nazirliyi vəziyyətin aydınlaşdırılması üçün bütün lazımi tədbirləri gördüyünü açıqlayıb.

Bir müddət əvvəl amerikalı aparıcı Taker Karlson Pavel Durovun həbsindən danışıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Prezidenti Moskvaya səfər edəcək

Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."
Rusiyada yeni metro açılacaq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü