Kursk vilayətində hərbi əməliyyatlar zamanı əsir götürülmüş hərbçilərin mübadiləsi baş tutub.
Bu haqda “TASS” məlumat yayıb.
Hərbi əsirlər 115-ə 115 prinsipinə əsaslanaraq dəyişdirilib. Yəni 115 rusiyalı hərbçi Rusiyaya, 115 ukraynalı hərbi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Məlumata görə, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçilik səyləri ilə həyata keçirilib.
Oxu24.com
ŞƏRHLƏR