Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116664
az

“Binə” bazarında yanğın...

16:2524 Avqust, 2024
37
MANŞET
  • A

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin ərazisində yanğın olub.

Bu barədə OXU24.COM -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 400 kv.m. olan birmərtəbəli tikilinin içərisində quraşdırılmış transformatorda baş verdiyi müəyyən edilib.

"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində tikilinin içərisində quraşdırılmış gücü 1.6 kVt olan transformatorun yağı və 4 ədəd qoruyucu açarı yanıb, transformator və tikili yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Avropanın ən yaxşı 10 stadionu
Zukerberqi də Durovun taleyi gözləyir?
Azarkeşlərin etirazı: qanlı milyonlar... -FOTO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi