Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11666
az

AzTV-nin sədri xanım jurnalisti baş direktor təyin etdi

14:0305 Aprel, 2019
456
  • A
 
AZTV-də yeni kadr dəyişikliyi baş tutub.
 
BakuPost-un məlumatına görə, tanınmış jurnalist Mehriban Məmmədova AZTV-nin İnformasiya Proqramları studiyasının baş direktoru təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.
 
M.Məmmədova BakuPost.az-a açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, M.Məmmədova buna qədər eyni studiyada direktor postunu tuturdu.
 
Studiyanın baş direktoru F.Hüsiyev isə bir müddət əvvəl AzTV sədri Rövşən Məmmədov tərəfindən işdən çıxarılıb və Teleradio Akademiyasına rektor təyin edilib.
 
Xatırladaq ki, AzTV-nin keçmiş sədri Arif Alışanov 2018-ci ilin yanvarında Mehriban Məmmədovanı işdən çıxarmışdı və bu, qalmaqala səbəb olmuşdu. Buna səbəb isə onadan bir müddət əvvəl Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Mehriban Məmmədovaya da ev verilməsi, hətta prezidentin iştirak etdiyi yeni mənzillərin təqdim edilməsi mərasimində çıxış edən 2 jurnalistdən biri olması idi. Belə bir jurnalistin işdən çıxarılması birmənalı qarşılanmamışdı və görünür elə buna görə də AzTV rəhbəri onu yenidən işinin başına qaytarmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO