Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116655
az

Azyaşlılara siqaret satan şəxslər cərimələndi

11:2824 Avqust, 2024
70
  • A

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan OXU24.COM -a verilən məlumata görə, şöbə əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər zamanı 5 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində inzibati tənbeh tədbirləri görülüb və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

Bundan əlavə, polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı qanunsuz olaraq küçə ticarəti ilə məşğul olan 10, urnalardan kənara tullantılar atan 12 nəfər şəhər sakini də müəyyən edilərək inzibati qaydada məsuliyyətə cəlb olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL
Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı vəfat etdi
Daha bir DƏHŞƏTLİ AVİAQƏZA: təyyarə çimərlikdə partladı -ANBAAN VİDEO

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xaçmazda narkotiklə bağlı iki nəfər      həbs       edildi