Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116644
az

Rusiyaya hücumun qarşısı alınıb

08:3924 Avqust, 2024
68
DÜNYA
  • A

Gecə saatlarında növbətçi olan Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya Federasiyasının üç rayonu üzərində yeddi Ukrayna pilotsuz təyyarəsini vurub.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Müdafiə Nazirliyinin məlumatına görə, Kiyev dronlardan istifadə etməklə Rusiya ərazisindəki hədəflərə hücum etmək üçün yeni cəhd edib.

 

Məlumatda bildirilir ki, Voronej vilayəti üzərində beş, Belqorod və Bryansk vilayətləri üzərində isə daha bir pilotsuz təyyarə vurulub.

 

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib ki, pilotsuz uçan aparatların dağıntılarının düşməsindən sonra bölgədə yanğın baş verib.

 

Bundan bir qədər əvvəl Qusev Voronej vilayəti üzərində hava hücumundan müdafiə qüvvələrinin növbətçi və elektron döyüş texnikası tərəfindən təyyarə tipli pilotsuz uçan aparatın aşkar edilərək məhv edildiyini bildirmişdi. Hadisə nəticəsində 1 nəfər qəlpə yarası alıb və ona tibbi yardım göstərilib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil insanlara hücum etdi
Raket vuruldu
Finlandiya Rusiya ilə sərhəd yaxınlığında təlimlər keçirir

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi