ABŞ 2025-ci il sentyabrın 1-dək bir sıra kateqoriyalı rus almazlarının idxalına icazə verib.
Oxu24.com xəbər verir ki,bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Bundan əvvəl məlum olub ki, Birləşmiş Ştatlar öz növbəsində G7 ölkələri tərəfindən Rusiya almazlarının idxalına qoyulan qadağanın ən sərt elementlərini de-fakto nəzərdən keçirir.
G7 ölkələrinin Rusiyadan almaz idxalına qadağası 2024-cü il yanvarın 1-dən qüvvəyə minib. ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya Rusiyadan qeyri-sənaye təbii almazları, süni almazlar və tərkibində almaz olan zərgərlik məmulatlarının idxalını dayandırmaq barədə razılığa gəliblər. Martın 1-dən ABŞ, Aİ və G7-nin üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına qadağası qüvvəyə minib.
Bundan əvvəl dünyanın ən böyük daşlarından biri Botsvanada tapılmışdı.
Miri
Oxu24.com
ŞƏRHLƏR