Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116632
az

Rusiya Müdafiə Nazirliyi rəhbərinin oğlu ABŞ-ın sanksiyalarına məruz qalıb

20:1523 Avqust, 2024
97
DÜNYA
  • A

ABŞ Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousovun doğma oğlu Paveli sanksiya siyahısına daxil edib.

 

Oxu24.com  xəbər verir  ki,bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

 

Portalda “Belousov Pavel Andreeviç... Doğum tarixi: 24 may 1994-cü il” qeyd olunub.

 

Cümə günü, avqustun 23-də ABŞ ixrac məhdudiyyətlərinə Rusiyadan 60-dan çox hüquqi şəxs, Çindən 42 təşkilat və İrandan 11 təşkilat əlavə edib. Qeyd olunur ki, bu şirkətlər “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına zidd fəaliyyət göstərən” kimi siyahıya salınıb.

Maliyyə Nazirliyi Rusiyanın beynəlxalq maliyyə sisteminə çıxışını daha da azaltmaq üçün Rusiyanın texnologiya şirkətlərinə, eləcə də mədən şirkətlərinə qarşı sanksiyaların tətbiq edildiyini bildirib.

Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı Rusiya alüminiumunun və ondan hazırlanan məhsulların idxalına tam qadağa tətbiq edə bilər.

Bundan əvvəl İsveçrənin Rusiyanın qatar izləmə sistemindən istifadə etməkdən imtina etdiyi bildirilirdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdə 100 mindən çox sakin       təxliyə       ediləcək
Simonyanın əri    komaya     düşüb
Yanğınlara görə İtaliyaya səfərini     təxirə    saldı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Cinayətdə şübhəli bilinən60 nəfər saxlanıldı