Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116630
az

Ukrayna hərbçiləri Belqorod vilayətində birdən-birə 5 kəndə hücum edib

20:1123 Avqust, 2024
66
DÜNYA
  • A

Ukrayna pilotsuz təyyarələri Belqorod vilayətinin 5 kəndinə bir anda hücum edib.

 

Oxu24.com xəbər verir ki, Regionun qubernatoru Vyaçeslav Qladkovun Telegram kanalında verdiyi məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.

Bununla belə, müəyyən ziyanlar olub. Belə ki, Yasnıye Zori kəndi dörd pilotsuz təyyarənin hücumuna məruz qalıb, nəticədə hündürmərtəbəli binaya və fərdi yaşayış evinə, həmçinin traktora ziyan dəyib. Bessonovka kəndində pilotsuz təyyarədən atılan bomba sosial obyektə ziyan vurub.

Digər pilotsuz təyyarə Şaxovka kəndində yük maşınına hücum edərək onun kabinəsini zədələyib, Tişanka kəndində isə iki pilotsuz təyyarənin atdığı partlayıcının işə düşməsi nəticəsində şüşələr sındırılıb, darvaza kəsilib və avtomobilə ziyan dəyib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin hücumu zamanı sosial obyekt və fərdi yaşayış evi yandırılan Baytsurı kəndi də hücuma məruz qalıb. Daha iki evin dam örtüyü sınıb.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinə məxsus kamikadze pilotsuz uçan aparatının Zaporojye vilayətində mülki avtomobilə çırpıldığı bildirilirdi.

Daha əvvəl Belqorod vilayətində bir qadının atəş nəticəsində yaralandığı bildirilmişdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask Trampın qələbəsi sayəsində öz sərvət REKORDUNU QIRDI
Putindən YENİ QANUN -Onların vaxtı keçmiş kreditləri SİLİNDİ
Fidanla Lavrov arasında KRİTİK MÜZAKİRƏ

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi