Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov oktyabrda Vaşinqtondan vətəninə qayıdacaq.
Oxu24.com xəbər verir ki, bu barədə TASS-a Moskvadakı diplomatik mənbə məlumat verib.
"Antonovun Vaşinqtondan qayıtması üçün hədəf tarix oktyabrdır", - agentliyin həmsöhbəti bildirib.
Anatoli Antonov (69 yaş) 21 avqust 2017-ci ildə Rusiyanın ABŞ-dakı səfiri təyin edilib. O, əvvəllər müdafiə nazirinin müavini və Rusiya XİN rəhbərinin müavini vəzifələrində çalışıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR