Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116628
az

Mahaçqala hava limanında iğtişaşlar: ilk hökmlər məlum oldu

20:0423 Avqust, 2024
76
DÜNYA
  • A

2023-cü ilin oktyabrında Mahaçqala Beynəlxalq Hava Limanında baş vermiş iğtişaşların beş iştirakçısı doqquz ilədək müddətə ümumi rejimli koloniyada cəza çəkib.

 

Oxu24.com xəbər verir ki, bu barədə Krasnodar diyarı Məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat yayıb.


Hökmləri Armavir Şəhər Məhkəməsi çıxarıb. Məhkəmə Ənvərbek Ataev, İslam İbrahimov, Maqomed Ömərasxabov, Salik Ramazanov və Rabadan Rəcəbovu kütləvi iğtişaşlarda iştirak etməkdə təqsirli bilib. Mətbuat xidməti xəbər verir ki, Rəcəbov həmçinin hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməklə bağlı cinayətdə təqsirli bilinib.

Təqsirləndirilən şəxslər Mahaçqala hava limanında olarkən “təşkilatçıların çağırışı ilə milli və dini ədavət və düşmənçilik motivlərini rəhbər tutaraq, kütləvi iğtişaşlarda iştirak ediblər”, - hökmdə deyilir.

Yada salaq ki, etirazlara səbəb Təl-Əvivdən göyərtəsində İsrail vətəndaşlarının olduğu təyyarənin hava limanına gəlməsi olub. Təqsirləndirilən şəxslər Təl-Əvivdən uçan təyyarədə sərnişinləri axtararkən izdihamla birlikdə kordonu yarıb, terminalın qapılarını sındırıb və təyyarənin dayanacağına daxil olublar.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər təqsirli olduqlarını etiraf etməsələr də, bu, iş üzrə tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilib, mətbuat xidməti bildirir.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Makronun ARVADI KİŞİDİR -Ouens sübutları dərc edəcəyinə SÖZ VERDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı