Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116605
az

“Taliban”dan qadınlara yeni qadağalar

16:4223 Avqust, 2024
49
DÜNYA
  • A

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı qadınların kişilərə baxmasını, ictimai yerlərdə və evlərində yüksək səslə danışmasını qadağan edib. 

Oxu24.com xəbər verir ki, 114 səhifədən ibarət qəbul edilmiş yeni qanunlarda rejim Əfqanıstan vətəndaşları üçün gündəlik həyatı tənzimləyən sərt tədbirləri elan edib.

“Taliban” hərəkatının ali lideri Hibətullah Axundzadə tərəfindən təsdiq edilən qanunlarda deyilir ki, bütün qadınların ictimai yerlərdə bədənlərini tam örtməsi, əsasən isə üz örtüyü məcburidir.

Yeni qaydaların 13-cü maddəsində bildirilib ki, geyim nazik, dar və ya qısa olmamalıdır. Bunlara riayət edilməməsi həbslə nəticələnə bilər.

Həmçinin qadınların qohumluq və ya nikah qohumluğu olmayan kişilərə baxması qadağan edilib.

Xatırladaq ki, “Taliban” qruplaşması 1994-cü ildə yaradılıb. 1996-2001-ci illərdə Əfqanıstanın əksər ərazisinə nəzarət edib. 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanda YENİ QANUN -LGBT qadağan olundu
Türkiyə ilə Misir arasında 18 sənəd imzalandı
Gürcüstanın baş naziri müxalifətin seçkilərdən sonra iğtişaşlar təşkil etmək planlarından danışıb

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda narkopritonda silahlı insident: polisə müqavimət göstərdi