Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116599
az

Paşinyan Kərkidən vaz keçdi: Sensasion təfərrüat

15:2823 Avqust, 2024
69
DÜNYA
  • A

“Nikol Paşinyan hökumət nümayəndələri ilə birlikdə Ararat mərkəzinə səfər edib, müxtəlif icmaları gəzib. Amma qəribəsi odur ki, o, son vaxtlar ictimai müzakirələrin əsasını təşkil edən Tiqranaşenə(Kərki-red) səfər etməyib. Görünür bu, anklavın Azərbaycana veriləcəyi ilə bağlıdır”. 

“Hraparak” qəzeti belə yazıb.

“Bu fakt Paşinyanın komandasında da narahatlıq yaradıb, çünki baş nazir Tiqranaşenin burnunun ucunda olan Sevakavan kəndinə baş çəkib, amma Tiqranaşenə getməkdən yayınıb”, - deyə erməni nəşri davamında bildirib. 

Ermənistan 10 noyabr 2020-ci il bəyanat-razılaşmasına əsasən Azərbaycana qaytarılmalı olan Qazax rayonunun 7 kəndi kimi, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin də geri verilməməsində inad etsə də, bu yaxınlarda baş nazir N.Paşinyan Azərbaycanın 86,6 min kv.km-lik ərazisini tanıdığını və digər anklav kəndlər kimi Kərkinin də həmin əraziyə daxil olduğunu bildirib. Kərkinin Ermənistanın Azərbaycan ərazisindəki eksklavı hesab olunan Başkənd kəndi ilə dəyişdirilə bilməsi ehtimalları da səslənir.

Azərbaycanın ən qədim kəndlərindən olan Kərki Sədərək rayonunun inzibati ərazi vahidinə daxildir. İrəvandan 40 km aralıda yerləşir.  Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib.

12-14 km-lik döyüş zolağı olan Sədərəyin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Ermənistan hökuməti kəndə “Tiqranaşen” adını verib. Kərkidə hazırda Bakıdan və Gəncədən qayıdan ermənilər məskunlaşıb. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.

Erməni mediasının yaydığı son məlumatlara görə, Kərkidə hazırda 180-ə yaxın erməni (40-a yaxın ailə) yaşayır.

2021-ci ilin yanvar-fevral aylarında artıq Kərkinin boşaldılaraq Azərbaycana qaytarılması haqda xəbərlər yayılsa da, Ermənistanda xaricdən təhrik olunan revanşist qüvvələr buna imkan vermir. (Musavat.com)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan prezidenti hakim partiyanı “rejimin süqutu” ilə hədələyib
Kreml Səudiyyə Ərəbistanının BRİKS-ə qoşulmasına fasilə verdiyini bildirib
Türkiyə və ABŞ Yaxın Şərq üçün ortaq plan hazırlayacaq

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi