Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116561
az

Venesuela Ali Məhkəməsi prezident seçkiləri ilə bağlı qərar qəbul edib

22:0122 Avqust, 2024
97
DÜNYA
  • A

Ali Məhkəmə seçki komissiyasının nəticələrini təsdiqləyib və Nikolas Maduronu 2025-2031-ci illərdə Venesuelanın seçilmiş prezidenti kimi tanıyıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Telesur telekanalı məhkəmə qərarına istinadən məlumat yayıb.

 

"Ali Məhkəmə vətəndaş Nikolas Maduronun 2025-ci ildən 2031-ci ilə qədər prezident olacağına qərar verib", - nəşr yazıb.

 

Bundan əlavə, məhkəmənin fikrincə, müxalifətin keçmiş namizədi Edmundo Qonzales dövlət başçısı postuna digər iddiaçılardan fərqli olaraq məhkəməyə gəlmədiyi üçün ona qarşı tədbir görülməlidir.

 

İyulun 29-da Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun qərargahı qələbəsini elan edərək, hamını Milli Seçki Şurasının (CNE) rəsmi nəticələrini gözləməyə çağırıb.

 

Müxalifət Maduronun Venesuela seçkilərindəki qələbəsini tanımayıb və Edmundo Qonzalesi qalib elan edib.

 

İyulun 31-də Maduro Ali Məhkəmədən seçki prosesinə qarşı hücumları dayandırmaq üçün konstitusiya müdafiəsi istəyib və bunu çevriliş etmək yolu adlandırıb.

 

Avqustun 15-də ABŞ hökuməti Venesuela prezidenti Nikolas Madurodan onun rəqibi, ifrat sağçı müxalifət namizədi Edmundo Qonzalesin iyulun 28-də keçirilən prezident seçkilərində qalib gəldiyini etiraf etməyi tələb edib.

 

Bundan əvvəl Maduro Ukraynanın məğlubiyyətini zaman məsələsi adlandırmışdı.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynanın hər yerində həyəcan     siqnalı        verilib
"Zelenski psixiatra müraciət etməlidir"
Çində yenə   zəlzələ    oldu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi