Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11655
az

Yol polisi sərxoş sürücünü saxladı, bölmədə öldü

10:3505 Aprel, 2019
818
KRİMİNAL
  • A
 
Goranboy rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib.


Saxlanılan şəxsin ölüm səbəbi məlum olub. DİN mətbuat xidmətinin Qərb Regional qrupundan  verilən məlumata görə, hadisə ötən gecə saat 23.30 radələrində baş verib. Yol Polisi əməkdaşları rayonun Goranlı kənd sakini, 1956-cı il təvəllüdlü Yolçiyev İlham Zakir oğlunu idarə etdiyi "VAZ2107" markalı avtomobillə saxlayıblar. Məlum olub ki, saxlanılan şəxs sərxoşdur. O, Goranboy rayon Polis Şöbəsində aparılıb və barəsində inzibati xətalar məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib. Şöbədən çıxan zaman şəxsin halı pisləşib.

Dərhal Təcili Tibbi Yardım çağırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Qərb Regional Qrupdan bildirilib ki, İ. Yolçiyev saxlanılan zaman həyat yoldaşı və qızı da yanında olub. Onların dediyinə görə, onlarda irsi olaraq ürək damar xəstəliyi var. Sürücünün də bu səbəbdən öldüyü ehtimal edilir.

Hazırda faktla bağlı Goranboy Prokuroluğunda araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı