Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116537
az

Türkiyə ordusu İraqda qalacaq

19:3322 Avqust, 2024
140
  • A

Türkiyə ilə İraq arasında təhlükəsizlik haqqında memorandum Türkiyə silahlı qüvvələrinin İraq ərazisində mövcudluğunun dayandırılmasını nəzərdə tutmur.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatında deyilir.


“Bəzi KİV-lərdə İraq və Türkiyə arasında imzalanan razılaşmanın Türkiyə silahlı qüvvələrinin İraqda mövcudluğunu dayandırmaq məqsədi daşıdığı barədə iddialar həqiqətə uyğun deyil. Bununla bağlı heç bir tənzimləmə yoxdur. Memoranduma əsasən, iki ölkə Bağdadda müştərək koordinasiya mərkəzi və Başikada müştərək təlim və əməkdaşlıq mərkəzi yaradacaq”, - deyə departamentdən bildirilib.

 

Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi cümə axşamı jurnalistlər üçün keçirdiyi brifinqdə qeyd edib ki, “bəzi KİV-lərdə dərc olunan sazişin mətni reallığa uyğun gəlmir”.

 

Müdafiə Nazirliyinin qeyd etdiyi kimi, “hərbi kadrların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının hazırlanması, terror təşkilatlarına qarşı mübarizə, sərhəd təhlükəsizliyinin təmin edilməsi, qeyri-qanuni miqrasiya, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə və kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutur”.

Departament Bağdadda və Başikadakı hərbi bazada mərkəzlər yaratmaq planlarını təsdiqləyib. Onlara hər iki ölkənin təyin etdiyi generallar komandanlıq edəcək. Gələcəkdə tərkibi və ixtisası müəyyənləşdiriləcək işə mülki kadrlar da cəlb olunacaq.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahu atəşkəsin bir addımlığında "Hizbullah"a ŞƏRT QOYDU -"Yerusəlimzərbə endirəcək"
Mask bu ölkə haqqında elə kəskin şeylər yazdı ki...
İranda zəlzələ oldu – Ordubadda hiss edildi

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı