Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116534
az

Gürcüstan ölkənin xarici idarəçiliyi dövrünün başa çatdığını elan edib

17:5522 Avqust, 2024
109
DÜNYA
  • A

Parlament seçkiləri ərəfəsində hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası respublikaya kənardan nəzarət dövrünün başa çatdığını elan edib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.

 

“Bütün dünya görməlidir ki, vətənpərvər gürcüləri kənardan idarə etmək mümkün deyil, xarici aktorlar isə Gürcüstan xalqı tərəfindən seçilənlərə hörmət etməli və onlarla əməkdaşlıq etməlidir”, - hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.

 

O vurğulayıb ki, Gürcüstan kimliyini, milli ruhunu və inancını qoruyub saxlayaraq Avropaya doğru ləyaqətli yolunu davam etdirməlidir.

Gürcüstanın baş naziri İrakli Kobaxidze daha əvvəl bəyan etmişdi ki, qarşıdan gələn parlament seçkiləri “müharibə və sülh arasında referenduma” çevriləcək.

Hökumət başçısı əmin olduğunu bildirib ki, səsvermə zamanı ölkə sakinləri dinc həyatla düşmənçilik arasında seçim etməli olacaqlar. Bundan əlavə, onun sözlərinə görə, Gürcüstan vətəndaşları “təbliğat və ya ənənəvi dəyərlərə” üstünlük verməli olacaqlar.

Respublikanın birpalatalı parlamentinə seçkilər bu il oktyabrın 26-na təyin edilib.

Bundan əvvəl Gürcüstan hökuməti parlament seçkilərinə kənar müdaxilənin mümkünlüyünü qiymətləndirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dolların ucuzlaşması Trampın seçimi ilə bağlı olub
Rusiya Asiyada INF yerləşdirə bilər
İsrail və Hizbullah atəşkəsə "çox yaxındır"

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı