Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116525
az

70 yaşlı sabiq direktor məhkəmədən gizləndi: Axtarışa verildi

15:1422 Avqust, 2024
103
KRİMİNAL
  • A

Ağdam Musiqi Kollecinin külli miqdarda rüşvətə görə şərti məhkum edilmiş sabiq direktoru Rafail Musayevin işi apellyasiya instansiyası mərhələsindədir.

Müəllimlərdən və tələbələrin yaxınlarından rüşvət alaraq ağır cinayət törədən direktorun azadlıqda qalması prokuroru narazı salıb. Bu səbəbdən ittiham tərəfi hökmdən apellyasiya protesti verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həbsi tələb olunan 70 yaşlı keçmiş direktor məhkəmədən gizlənir. Ahıl müttəhim əvvəlki bir neçə iclasda iştirak etsə də, sonradan məhkəməyə gəlməyib.

Belə olan halda Gəncə Apellyasiya Məhkəməsi istintaqı məcbur dayandırmaq qərarı qəbul edib. R.Musayev axtarışa verilib. Güman edilir ki, eks-direktor prokurorun həbs tələbinə görə məhkəmədən qaçır. 

Qeyd edək ki, Rafail Musayev 5 ilə yaxın Ağdam Musiqi Kollecinin direktoru işləyib. O, korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Musayev külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Lakin hakimlər ahıl müttəhimin cəzasınını həbsdə çəkməsinə zərurət görməyiblər. Ona sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı
Azərbaycanda DƏHŞƏT:Qollarını doğradı, sonra özünü asdı
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı