Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116522
az

İsti günlərdə yanğına həssas bölgələr

14:2922 Avqust, 2024
61
CƏMİYYƏT
  • A

Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 22-23-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.

Xidmət rəisi Nazim Mahmudov bildirib ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.

N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb: “Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkir və Tərtərdə yüksək, Ağstafa, Naftalan və Ağdamda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Şahdağ, Xızıda orta, Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəranda orta, Yardımlı, Astarada isə yüksək yanğın təhlükəsi müəyyən edilib”.

Xidmət rəisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1400-dən çox itkin ailəsi ilə əlaqə saxlanıldı
Bakıda 2 yaşlı uşaq faciəli şəkildə öldü
Azad olunan ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb - RƏSMİ


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Dəmir yolundan 150 kq armatur və yanacaq oğurlandı