Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116504
az

Baş nazirdən Sumqayıt Kimya Sənaye Parkı ilə bağlı sərəncam

10:5922 Avqust, 2024
90
İQTİSADİYYAT
  • A

Baş nazir Əli Əsədov "Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” ölkə Prezidentinin 30 iyul 2024-cü il tarixli sərəncamının icrasının təmin təmin etmək məqsədilə yeni sərəncam imzalayıb.

Oxu24.com xəbər verir ki, sərəncama əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti ilə razılaşdırmaqla, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və tərtib edilmiş yerquruluşu planlarına əsasən, “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətinə aid 29,63 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə həmin Nazirliyin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsini 20 gün müddətində təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi, SOCAR və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamın 1-ci hissəsinin icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dollar bahalaşdı
Qızıl bahalaşdı
Azərbaycan      nefti      bahalaşdı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi