Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116463
az

Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı – Bunu da etdilər...

14:5921 Avqust, 2024
77
CƏMİYYƏT
  • A

Ermənilərin Azərbaycana və onun milli-mənəvi dəyərlərinə qarşı təxribatları davam edir.

Həm tariximizə, həm də mədəniyyətimizə aid olan milli-mənəvi irsimizə göz dikən bu tayfa zaman-zaman yaradıcısı olduğumuz müxtəlif incəsənət nümunələrini, mahnılarımızı, həmçinin milli mətbəximizin nemətlərini oğurlayaraq, özününkiləşdirməyə can atıb.

Oxu24.com Yenisabah.az-a istinadən xəbər verir ki, ermənilər bu dəfə də Azərbaycan milli mətbəxinə məxsus yeməklərdən birini mənimsəyiblər. 

Facebook sosial şəbəkə hesabında “Ermənilər və Ermənistan” adlı səhifədə Azərbaycan mətbəxinin ləzzətli təamlarından biri olan xaşlamanı “tarixi xaşlama, erməni quzu güvəci” adı altında təqdim ediblər.  

Paylaşımda deyilir:

“Xaşlama ənənəvi erməni tərəvəz və quzu ətindən hazırlanmış yeməkdir. Sadə inqrediyentlərlə hazırlanmış bu ikonik erməni yeməyi dadlı, doyurucu və təəccüblü dərəcədə asan hazırlanır. Xaşlama sözü ermənicə "kaşel" sözündən olub, qaynama deməkdir. Yəni əslində “kaşlama” qaynadılmış ət və tərəvəzdən zəngin və dadlı şorbadan ibarətdir. Tonir adlanan ənənəvi silindrik erməni gil sobalarında odda hazırlanmışdır. Qədim dövrlərdə Ermənistanda Allahın şərəfinə Nəvasar bayramı zamanı müqəddəs yerlərə ziyarətlər edilirdi. Xaşlama baş kahinin duası ilə hazırlanırdı. O, həm mal əti, həm də quzu ətindən hazırlanırdı, ocağın üstündən asılmış böyük qazanda ət çoxlu dağ otları, göyərti və ədviyyatlarla bişirilirdi. Eyni zamanda göyərti və ədviyyatların yarısı əvvəlcə qazanın dibinə qoyulur, sonra ət iri dilimlərə kəsilir, üzərinə göyərti qoyulur və pivə tökülür. O dövrlərdə yemək ritual sayılırdı”.

Ermənilərin öz uydurduğu nağıllara inanması heç də təəccüblü deyil. İndi isə keçək reallığa..

Xaşlama türk dünyasının mətbəxinə aid yemək növlərindən biridir. “Ət soyutması, bozartma” mənasında Qərbi Azərbaycanın Vedi, Zəngibasar şivələrində işlənir. Türkiyə türkcəsində bu söz haşlama, Azərbaycan türkcəsində xaşlama, başqırd türkcəsində bişkən (bişirilgən) it, qazax türkcəsində pişirilgen (pişken) et, qırğız türkcəsində bışkan et, kaynatkan et, özbək türkcəsində dimləmə, tatar türkcəsində pişkən (pişirilgən) it, türkmən türkcəsində qaynatma, uyğur türkcəsində pişirilgən qoş şəkillərində işlənir. Qədimlərdə bu söz ”ətdən hazırlanan xörək” mənasında, “haşlama” şəklində işlənmişdir. “Haşlama” sözü osmanlı dilində “suda bişirilmiş”, “pörtlədilmiş” mənasına gəlir. Osmanlı dilində “haşla ( xaşla) sözü də işlənmişdir. Bu söz “qaynar suyu, qaynadılmış suyu, dağ suyu tökmək, axıtmaq” və “pörtmək, pörtləmək ” mənalarını bildirmişdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1500 məktəb bağlanır?- Nazirdən açıqlama
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi        təyin etdi - FOTO
Bu tarixdə Azərbaycanda seçkilər var

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı