Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116443
az

Məhkəmələrə elektron müraciət etmək imkanı genişləndirildi

11:2821 Avqust, 2024
71
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikası Ali Məhkəməsinin təşəbbüsü ilə “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində məhkəmələrə elektron qaydada müraciət etmək imkanı daha da genişləndirilib. 

Oxu24.com xəbər verir ki, “Elektron kabinet” istifadəçisi olan fiziki və hüquqi şəxslər, o cümlədən dövlət orqanları “Elektron kabinet” vasitəsilə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərə biləcək. Eyni zamanda iş üzrə prosesin gedişi, çıxarılan məhkəmə aktları, onlardan verilən şikayət barədə operativ məlumat əldə edəcəklər.

İstifadəçilər məhkəmələrə bu tip iddia ərizələri vermək üçün ilk növbədə “Elektron kabinet”ə daxil olmalı, oradan “Yeni ərizə” bölməsinə keçid edərək müvafiq apellyasiya instansiya məhkəməsini seçməli, iddia üzrə zəruri məlumatların daxil edilməsini ardıcıl şəkildə təmin etməli və elektron imza ilə təsdiq etməlidirlər.

Apelyasiya məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr, media ilə bağlı mübahisələr, siyasi partiyalarla bağlı mübahisələr, Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair mübahisələr və digər bu tip işlər üzrə icraatın elektron qaydada aparılması məhkəmələrdə rəqəmsallaşma prosesinin  sürətləndirilməsinə xidmət edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Koronavirusun daha bir qorxulu fəsadı üzə çıxdı
Evlənmə təklifi alacağınız həmin o RESEPT
Pilot qəzadan sonra sağ qalıbmış? - Yeni detallar +VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var