ABŞ Demokratik Partiyasının Arizonadan olan 300-dən çox üzvü, o cümlədən Kəmalə Harrisin prezidentliyə namizəd kimi irəli sürülməsini dəstəkləyən partiya qurultayının 12 nümayəndəsi Qəzza zolağında döyüşlər dayandırılana qədər İsrailə silah embarqosu tətbiq etməyə çağırıb.
Oxu24.com xəbər verir ki, bu barədə CNN yazır.
Demokratların imzaladığı məktubda deyilir: “Daimi atəşkəs və girovların azad edilməsi haqqında sazişin təmin edilməsi keçmiş ABŞ prezidenti] Donald Trampı məğlub etmək üçün demokratiya tərəfdarı koalisiyamızı birləşdirmək üçün vacibdir”.
Müraciət Harrisə, Amerika prezidenti Co Baydenə və digər nümayəndələrə ünvanlanıb. Onu 325-dən çox insan imzalayıb.
Ötən həftə Qətər, Misir, ABŞ və İsrailin iştirakı ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar Dohada keçirilib. Fələstinin Həmas hərəkatı atəşkəs üçün konkret şərtlərin olmadığını əsas gətirərək iştirakdan imtina edib.
Danışıqların nəticələrini şərh edən Bayden atəşkəs və girovların mübadiləsinə dair razılaşmanın hər zamankindən daha yaxın olduğunu bildirib. HƏMAS da öz növbəsində qeyd edib ki, Baydenin sözləri aldadıcıdır və hərəkatın mövqeyini əks etdirmir.
Bundan əvvəl ABŞ İsrailin Qəzzadan bəzi qoşunlarını çıxarmaq barədə razılığa gəldiyini açıqlamışdı.
Nigar
Oxu24.com
ŞƏRHLƏR