Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11642
az

Bakıda məşhur restoranın sahibi həbs edildi

18:1104 Aprel, 2019
640
  • A
 Nərimanov Rayon Məhkəməsində “Tonqal” restoranında kütləvi zəhərlənmə faktına görə həbs edilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Oxu24.com"  xəbər verir ki, məhkəmənin hökmü ilə o, 3 il müddәtinә azadlıqdan mәhrum edilib.

Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib. Daha sonra İ.Qasımov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kassasiya şikayəti hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 2018-ci il avqustun 11-də Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənib.

Zəhərlənmə ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb. İ.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı