Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1 nəfərin bataqlıqda batmaq təhlükəsində olması barədə məlumatlar daxil olub.
Oxu24.com FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Bülbülə qəsəbəsindəki bataqlıqda batma təhlükəsində olan 1 nəfər xilas edilib.
Oxu24.com
ŞƏRHLƏR