Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116402
az

Qəzza tunelində altı girovun cəsədi tapılıb

20:0220 Avqust, 2024
98
  • A

2023-cü il oktyabrın 7-də İsrailin məskunlaşdığı ərazilərə hücum zamanı Həmas yaraqlıları tərəfindən oğurlanan və əsirlikdə öldürülən 6 girovun cəsədi hərbçilər tərəfindən Qəzza zolağında tapılaraq İsrailə gətirilib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.


“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı zamanı 2023-cü il oktyabrın 7-də qətliam günü Həmas tərəfindən oğurlanan 6 girovun cəsədi tapılaraq İsrailə gətirilib”, o, Telegram kanalında yazıb.

Gendelman əlavə edib: “Hələ də Qəzzada HƏMAS tərəfindən girovluqda olan 109 İsrail vətəndaşı var.

Qalıqların tanınması Milli Məhkəmə Tibb İnstitutunda İsrail polisi ilə birlikdə aparıldıqdan sonra cəsədlərin tapılması barədə ölənlərin yaxınlarına məlumat verilib.

Baş nazir Benyamin Netanyahu 6 girovun ailələrinə başsağlığı verib. Netanyahu hökumətin girovların azad edilməsi üçün razılaşma əldə etmək üçün yetərincə hərəkət etməməsi ilə bağlı tənqidlərə cavab verərək, "İsrail Dövləti həm sağ, həm də həlak olan bütün girovlarımızı geri qaytarmaq üçün hər cür səy göstərməyə davam edəcək", deyə o bildirib.

İsrail prezidenti İsaak Hersoq da Qəzza zolağında cəsədləri tapılan girovların ailələrinə başsağlığı verib. Prezident həmçinin vurğulayıb ki, İsrail bütün girovların qaytarılması üçün səylərini davam etdirməyə borcludur: “Bizim bir dəqiqə belə dayanmağa haqqımız yoxdur. Qaçırılanların hamısını evə gətirmək üçün bütün vasitələrdən istifadə etməliyik”.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından da ÇIXARIR
Paşinyan ABŞ-da etirazla qarşılandı - Foto
Bu dövlət qurumları LƏĞV OLUNDU

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
İmişlidə qadının oğurlanması ilə bağlı əməliyyat- 3 nəfər saxlanıldı