Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1164
az

Kişiləri intim görüntülərlə şantaj edən qadın tutuldu - MASALLIDA

11:3928 Aprel, 2018
2399
KRİMİNAL
  • A
Masallı rayonunda kişin intim görüntüləri ilə şantaj etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Aytən Şahbazovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com publika.az-a istinadən xəbər verir ki, Aytən Şahbazova özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə Əlihəsən Hüseynovu şantaj edib.

Rüsvay etməklə şantaj

Aytən Şahbazova Əlihəsən Hüseynovu tanımadığı qadını bədəninin müxtəlif nahiyələrini yalaması barədə onda videogörüntünün olması haqqında rüsvayedici məlumatları yaymaqla hədələyib.

O, 2015-ci ilin yanvar ayından 2016-cı ilin mayın ayının əvvəllərinə kimi olan dövr ərzində ayrı-ayrı vaxtlarda hədə-qorxu ilə tələb edərək, Əlihəsən Hüseynovdan 29.700 manat alıb.

Dəfələrlə şantaj

Aytən Şahbazova axırıncı dəfə isə 16 may 2016-cı ildə Əlihəsən Hüseynova hədə-qorxu gəlib. Həmin gün saat 12 radələrində 1400 manat məbləğində pulu Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Qızlaküçə kənd məscidinin içərisində sonuncudan alıb.

Məsciddə hədələdi, polis həbs etdi

Dərhal sonra Masallı rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış, üzərinə baxış keçirilərkən Aytən Şahbazova cinayət başında yaxalanıb. Bununla da o, Əlihəsən Hüseynova ümumilikdə 31100 manat məbləğində maddi ziyan vurub.

10 il həbs cəzası

İstintaq orqanı tərəfindən Aytən Şahbazovanın barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytən Şahbazova 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Narazılıq edildi, hökm dəyişdirildi

Hökmdən narazı qalan Aytən Şahbazova apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ədalətli qərar qəbul edilməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Aytən Şahbazovanın əməlində dəyişiklik edib. Yuxarı instansiya məhkəməsinin hakimləri ittiham aktında hədə-qorxu yolu ilə əldə olunan pulların məbləğini dəyişdirib.

Qadın şantaj etdiyi kişidən nə qədər pul alıb?

Apelyasiya instansiyasının qərarından görünür ki, Aytən Şahbazova zərərçəkmiş şəxs Əlihəsən Hüseynovdan ayrı-ayrı vaxtlarda hədə-qorxu ilə tələb edək, ondan cəmi 29.700 manat, axırıncı dəfə isə 16 may 2016-cı il tarixdə 1.400 manat məbləğində pulu almaqla zərərçəkmişə ümumilikdə 31.100 manat məbləğində maddi ziyan vurulması ilə bağlı müddəa dəyişdirilib.

Müəyyən edilib ki, Aytən Şahbazovanın zərərçəkmiş Əlihəsən Hüseynovdan ayrı-ayrı vaxtlarda hədə-qorxu yolu ilə ondan cəmi 20.660 manat, axırıncı dəfə isə 16 may 2016-cı il tarixdə 1.400 manat məbləğində pulu almaqla zərərçəkmişə ümumilikdə 22.060 manat məbləğində maddi ziyan vurub.

İttihamın mahiyyəti dəyişdi, cəza dəyişmədi

Apelyasiya instansiya məhkəməsinin hakimləri tərəfindən ittihamın mahiyyətində dəyişiklik etsələr də, cəza ilə bağlı hökm dəyişdirilmədən saxlanılıb.

Bu qərardan narazı qalan Aytən Şahbazova kasasiya şikayəti verib. O bildirib ki, apelyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur:

“Belə ki, hər iki məhkəmə instansiyaları ibtidai istintaq materiallarına əsaslanaraq iş üzrə olan halları, faktları və sübutları tam və hərtərəfli araşdırmadan düzgün nəticəyə gəlməyiblər. İbtidai istintaq zamanı verdiyim ifadələrə oxumadan imza atmışam.

Həmçinin şahidlər Azad İmaməliyevin və Mirvaleh Bəşirovun ifadələri həqiqətə uyğun deyil”.

Kasasiya şikayətində məhkum Aytən Şahbazova törədilən cinayətin əsl təqsirkarlarının Azad İmaməliyev və Mirvaleh Bəşirov olduğunu bildirib.

O, bundan başqa məhkəmələr cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsdən yalnız 5.000 manat pul aldığını nəzərə almayaraq ona ağır cəza təyin edildiyini bildirib.

Cəza 6 ilə endirildi

Aytən Şahbazovanın kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiya Şirvan Apelyasiya Məhkəməsinin qərarını dəyişdirib.

Aytən Şahbazovanın ittiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi həmin məcəllənin 182.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu yolu ilə tələb etmə) maddəsinə tövsif edilib. Ona 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb./publika.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ