Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116368
az

Tibb bacısı ağzı "skoç"la bağlandığı üçün ölübmüş -FOTO

09:1220 Avqust, 2024
136
KRİMİNAL
  • A

Astarada 77 yaşlı tibb bacısı Zeynəb Əziz qızı Məmmədovanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Elmir Ətrafil oğlu Məmmədov 13 il, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüsal Zaid oğlu Əkbərov 18 il 6 ay və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Rəşid oğlu Süleymanov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət hadisəsi ötən ilin noyabrın 10-da baş verib. Cinayətkar qrup üzvləri Astara rayonu Kakalos kənd sakini Zeynəb Məmmədovanın evinə basqın ediblər. Onlar yaşlı və ağır ürək xəstəsi olan qadının əl-qolunu, eləcə də ağız və burnunu yapışqan lentlə bağlayıblar.

Cinayətkarlar evdən 475 manat pul, 1 338 və 362 manat dəyərində qızıl üzüklər, eləcə də zərərçəkənin qulağında olan dəyəri 466 manat qiymətləndirilən qızıl sırğanı aparıblar. Hadisə yerindən uzaqlaşdıqdan sonra, Z. Məmmədovanın tənəffüs yollarının yapışqan lentlə bağlı qalması və ona yetirilən xəsarətlər qadının ölümünə səbəb olub.

Qeyd edək ki, Z. Məmmədova evdə tək yaşayırmış.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vardanyanın məhkəməsi başlayır
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Ağır qəza yenə can aldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır