İsrail polisi avqustun 18-də Təl-Əvivdə baş verən partlayışın terror aktı olduğunu təsdiqləyib.
Oxu24.com xəbər verir ki, “Dünən (18 avqust) axşam saatlarında Təl-Əvivdə güclü partlayıcı qurğunun partlaması terror aktıdır”, - bəyanatda deyilir.
“Dünən axşamdan etibarən Tel-Əviv Polis Dairəsinin və Ümumi Təhlükəsizlik Xidmətinin (Şin Bet) qüvvələri partlayıcı qurğunun partladığı hadisə yerində əməliyyat aparır. Bütün istintaq hərəkətləri aparıldıqdan sonra deyə bilərik ki, bu, güclü partlayıcı qurğunun işə salınması ilə törədilən terror aktıdır”, - deyə polisin mətbuat xidmətindən bildirilib.
“Partlayış nəticəsində bir mülki şəxs orta-ağır xəsarət alıb”, - departament əlavə edib.
Fələstinin HƏMAS və İslami Cihad hərəkatları Təl-Əvivdəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb və yeni hücumlar hazırlayacaqları ilə hədələyiblər. Müvafiq bəyanat HƏMAS-ın rəsmi Telegram kanalında dərc olunub.
Sənəddə deyilir: “İzzəddin Əl-Qəssam Briqadaları (HƏMAS-ın hərbi qanadı) və Saraya əl-Qüds (İslami Cihadın hərbi qanadı) döyüşçüləri dünən, bazar günü Təl-Əvivdə kamikadzenin iştirakı ilə əməliyyat hazırladıqlarını təsdiqləyirlər .
Radikallar bundan sonra “işğalçılar dinc əhaliyə qarşı təcavüzlərini dayandırana qədər” və həmçinin yəhudi dövləti “fələstinliləri öz ərazilərindən çıxarmaq cəhdlərini dayandırana qədər” İsraildə mütəmadi olaraq intihar hücumları təşkil edəcəklərini bildiriblər.
Yaraqlılar yəhudi dövlətinin hakimiyyət orqanlarının hərəkatların liderlərinə qarşı həyata keçirdiyi “qəsd siyasətini” İsraildə aktiv terror fəaliyyətinin bərpası üçün digər ilkin şərt adlandırıblar.
Miri
Oxu24.com
ŞƏRHLƏR