Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116264
az

Minlərlə israilli Netanyahudan nə tələb edir?

22:5717 Avqust, 2024
108
DÜNYA
  • A

Növbəti kütləvi nümayişlər İsraildə baş tutub.

 

Oxu24.com  xəbər verir ki, Təl-Əvivdə keçirilən ən böyük mitinq minlərlə iştirakçı toplayıb.

Nümayişçilər hökumətdən və onun rəhbəri Benyamin Netanyahudan Qəzza zolağında saxlanılan girovların dərhal azad edilməsini tələb ediblər.


Ənənəvi olaraq, ən izdihamlı nümayiş şəhərin şərqindəki Təl-Əviv hökumət binası kompleksinin yaxınlığında keçirilib. Etirazçılar İsrail bayraqlarını dalğalandırıb, bir çoxunun əllərində 10 aydan çox Qəzzada olan həmvətənlərinin portretləri olan plakatlar olub. Hökumətin oğurlanmış insanları tez bir zamanda evlərinə qaytarmaq üçün HƏMAS-ın tələbləri ilə razılaşmağa çağırışları ilə yanaşı, hökumətin istefaya göndərilməsi və yeni seçkilərin keçirilməsi tələbləri də səslənib.

Daha kiçik etirazlar İsrailin digər şəhərlərində, o cümlədən Hayfa, Ness Siona və şəhərlərarası avtomobil yollarının bəzi hissələrində keçirilib. Nümayişlər regionda gərginliyin artması fonunda İranın davam edən zərbə təhlükəsinə baxmayaraq keçirilib.

İsrailin son məlumatlarına görə, Qəzza zolağında 115 nəfər girov saxlanılır. Onlar HƏMAS hərbi qanadının 2023-cü il oktyabrın 7-də İsrailə hücumu zamanı ələ keçirilib və buna cavab olaraq anklavda genişmiqyaslı hərbi əməliyyat başlayıb.

Avqustun 15-16-da Dohada İsrail nümayəndə heyətinin və ABŞ, Misir və Qətərdən olan vasitəçilərin iştirakı ilə Bayden planının müzakirəsi üzrə danışıqların yeni raundu keçirilib. Müzakirə iştirakçıları gələn həftə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tiflisdəki mitinqdə son vəziyyət: 1 polis yaralandı
Şarl Mişel səlahiyyətlərini təhvil verdi

Antalyada zəlzələ oldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu