Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116260
az

İran İsrailə hücumunu təxirə salıbmı? - Amerika mediası

21:0917 Avqust, 2024
136
DÜNYA
  • A

“The New York Times” adı açıqlanmayan amerikalı rəsmilərə istinadən yazır ki, İran HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsraili hələ vurmayacaq.

Nəşrin məlumatına görə, İran Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparmaq üçün vasitəçilərə vaxt vermək üçün zərbəni təxirə salır.


İsrail kəşfiyyatı İran və onların Livan Hizbullah müttəfiqlərinin raket qüvvələrinin hazırlıq səviyyəsini aşağı saldığını aşkar edib. NY Times-ın həmsöhbətləri vəziyyətlə bağlı qiymətləndirmələrin sürətlə dəyişdiyini vurğuladılar.

Qəzza üzrə danışıqların növbəti raundu avqustun 16 və 17-də Qətərin paytaxtı Dohada keçirilir. Onlarda Qətər, ABŞ, İsrail və Misir iştirak edir. NY Times yazır ki, danışıqların ilk günündən sonra Qətərin baş naziri Məhəmməd Əl-Tani İrana zəng edərək, gərginlikdən çəkinmək istəyib. Nəşr tərəflərin konkret nə barədə razılığa gəldiyini açıqlamayıb.

İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. İranın ali lideri Əli Xamneyi bir neçə saat ərzində Haniyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib (bu barədə rəsmi məlumat verilməyib). Avqustun əvvəlində İsrail Macarıstan vasitəsilə İrandan gözlənilən hücumla bağlı xəbərdarlıq aldığını bildirdi. İsrail İranın təhdidlərindən sonra qoşunlarını yüksək hazırlıq vəziyyətinə salıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Makronun ARVADI KİŞİDİR -Ouens sübutları dərc edəcəyinə SÖZ VERDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı